Rusiyada fəlakət ssenarisi: Süni intellekt və min dronla ölkə diz çökdürüləcək

Rusiyada fəlakət ssenarisi: Süni intellekt və min dronla ölkə diz çökdürüləcək
02.09.2026 12:29 Dünya

Ukrayna ordusunun Rusiyanın hava limanlarını kütləvi dron hücumları ilə iflic etməyə yönəlmiş plan hazırladığı iddia olunur.

TodayPress TV xəbər verir ki, “The Atlantic”in məlumatına görə, “M&Ms” adlandırılan plan çərçivəsində Rusiya paytaxtına gündə 1000-ə qədər dron göndərilməsi nəzərdə tutulur.

Açıqlamaya əsasən, dronların süni intellekt əsaslı avtonom idarəetmə sistemi ilə təchiz edilməsi planlaşdırılır. Bu sistemin pilotsuz aparatlara hədəfləri müstəqil müəyyənləşdirməyə və Rusiyanın hava hücumundan müdafiə sistemlərindən yayınmağa imkan verəcəyi bildirilir.

Planın əsas məqsədinin Moskva ilə beynəlxalq hava əlaqəsini pozmaq və Rusiyanın siyasi elitasına təzyiq göstərmək olduğu iddia edilir. Hesablamalara görə, bu təzyiqin nəticədə Rusiya rəhbərliyinin müharibənin dayandırılmasını tələb etməsinə səbəb olması gözlənilir.

“The Atlantic” yazıb ki, ukraynalı mütəxəssislər məhz bu əməliyyat üçün yeni avtonom idarəetmə sistemi üzərində çalışırlar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər