Rusiya və Çin qarşılıqlı vizanı ləğv edir

Rusiya və Çin qarşılıqlı vizanı ləğv edir
09.08.2025 18:45 Dünya

Rusiya və Çin iki nəfərlik turist qrupları üçün vizasız rejimin tətbiqi üzərində işləyir. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov məlumat verib.

Onun sözlərinə görə, Rusiya İqtisadi İnkişaf Nazirliyi hazırda turist qrupunun minimum sayını iki nəfərə endirmək və vizasız qalma müddətini 30 təqvim gününə qədər artırmaq imkanlarını nəzərdən keçirir.

Klimov bildirib ki, iki ölkə vətəndaşları üçün səyahət rejiminin sadələşdirilməsi və liberallaşdırılması Rusiya və Çinin ümumi strateji hədəfidir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər