Rusiya və Braziliya siyasi məsləhətləşmələr planı imzaladılar

Rusiya və Braziliya siyasi məsləhətləşmələr planı imzaladılar
27.09.2025 09:51 Dünya

Rusiya ilə Braziliya arasında 2026-2029-cu illər üçün məsləhətləşmələr planını imzalanıb.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA” nəşri məlumat yayıb.

Xarici işlər nazirləri sənədi BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində danışıqlardan əvvəl imzalayıblar.

Görüş bağlı qapılar arxasında davam edib.

Tərəflər Rusiya-Braziliya strateji tərəfdaşlığının dərinləşdirilməsi və ikitərəfli təmas cədvəlinin həyata keçirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər