Rusiya Ukraynaya hər hücumundan sonra yeni sanksiyalarla üzləşə bilər
Ukrayna tərəfdaşlarına Rusiyanın ballistik raket istehsalını çətinləşdirmək və onun artırılmasının qarşısını almaq üçün xüsusi sanksiya paketi təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
“Ukrayna Rusiyanı ballistik raket istehsal etmək imkanından məhrum etmək üçün antiballistik sanksiya paketi təklif edib”, - deyə Sibiqa bildirib.
XİN başçısının sözlərinə görə, yeni yanaşma Rusiyanın Ukraynaya zərbələrinə cavab olaraq sanksiyaların tətbiqini nəzərdə tutur:
“Ukraynaya hər kütləvi hücumdan sonra yeni sanksiya paketləri tətbiq edilməlidir ki, Rusiyaya uyğunlaşmaq üçün fasilə verilməsin”.
Aysel Mətləb