Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi
Rusiyanın Ukraynaya qarşı növbəti raket hücumu zamanı Polşa–Ukrayna sərhədi yaxınlığında təhlükə siqnalı verilib.
TodayPress TV xəbər verir ki, Rusiyaya məxsus kruiz raketlərinin Polşa–Ukrayna sərhədinə yaxınlaşması ilə əlaqədar Polşanın Lublin şəhərində hava hücumu sirenləri səsləndirilib.
Məlumata görə, "Sentinel Defender" platformasının yaydığı ilkin məlumatda raketlərin Ukrayna ilə sərhəddən Polşa hava məkanına daxil ola biləcəyi ehtimalının olduğu bildirilib.
Lakin məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Hadisə ilə bağlı Polşa rəsmilərinin açıqlaması gözlənilir.
Jalə Rövşən