Rusiya ordusu Kupyanska girdi

Rusiya ordusu Kupyanska girdi
05.08.2025 21:45 Dünya

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərinə daxil olub.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya "Telegram" kanalları məlumat yayıb. 

“Rusiya ordusu Kupyanskın özünə daxil olub, döyüş gedir”, - deyə qeyd olunub. 

Məlumata görə, Rusiya aviasiyası da şəhərdə Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi yerlərə kütləvi zərbələr endirib.

Bundan əlavə, Kupyanskın şimalında və cənubunda, Ukrayna qrupunun cinahlarında döyüşlərin getdiyi barədə məlumatlar var.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər