Rusiya Odessaya zərbə endirdi: Liman infrastrukturu hədəfə alındı

Rusiya Odessaya zərbə endirdi: Liman infrastrukturu hədəfə alındı
17.07.2026 12:33 Dünya

Rusiya Müdafiə Nazirliyi bildirib ki, iyulun 17-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Odessada liman infrastrukturu və hərbi obyektlərə zərbələr endirib.

TodayPress TV xəbər verir ki, nazirliyin məlumatına görə, hücum zamanı yüksək dəqiqlikli silahlar və hücum dronlarından istifadə olunub.

Bildirilir ki, Odessa və Çornomorsk limanlarında Ukrayna ordusu üçün nəzərdə tutulan hərbi yüklərin və yanacaq-sürtkü materiallarının saxlanıldığı obyektlər, həmçinin pilotsuz uçuş aparatlarının istehsalı və yığılması ilə bağlı emalatxana vurulub.

Rusiya tərəfi zərbə nəticəsində hərbi qayığın da məhv edildiyini açıqlayıb. Ukrayna Hərbi Hava Qüvvələri isə hücum zamanı Rusiyanın təxminən 8 raket və 130 hücum dronu buraxdığını bildirib. Odessa sakinləri şəhərin bəzi ərazilərində partlayış səsləri və güclü tüstü müşahidə edildiyini bildiriblər.

Ukrayna tərəfinin məlumatına görə, son günlər ərzində Rusiya ordusunun hücumları əsasən ölkənin liman infrastrukturuna yönəlib. Kiyev bildirir ki, bu zərbələr ticarət, ixrac və logistika imkanlarına təsir göstərir.

Rusiya Müdafiə Nazirliyi isə əməliyyatların əsas məqsədinin Ukraynanın hərbi logistikasını, anbarlarını və hərbi təchizatla bağlı obyektlərini sıradan çıxarmaq olduğunu qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər