Rusiya Odessada mühüm hədəfləri vurdu
Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Ukraynanın Odessa limanında yerləşən yanacaq anbarına zərbə endirdiyini açıqlayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, zərbə nəticəsində limandakı yanacaq rezervuarı vurulub. Nazirliyin məlumatına görə, həmçinin Cənub (Yujnı) limanında iki yük gəmisi və Odessa limanına hərbi yüklər daşıdığı iddia edilən daha bir yük gəmisi də hədəfə alınıb.
Ukrayna tərəfi hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib.