Rusiya nəhəng ordu topladı: 2 milyon yarım əsgər
Rusiya ordusunun ştat sayı yenidən artırıldı.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin ştat sayının artırılması ilə bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayı 2 milyon 441 min 630 nəfərə çatdırılıb. Onlardan 1 milyon 550 min 500 nəfəri hərbi qulluqçulardır. Əvvəlki göstərici 2 milyon 426 min 130 nəfər, hərbçilərin sayı isə 1 milyon 535 min nəfər idi. Beləliklə, hərbi qulluqçuların ştat sayı 15 min 500 nəfər artırılıb.
Bu, 2026-cı il ərzində Rusiya ordusunun ştat sayının dördüncü dəfə artırılmasıdır. Əvvəlki artımlar mart, iyun və iyul aylarında həyata keçirilib.
Yeni qərar Rusiyanın hərbi imkanlarını genişləndirdiyi bir dövrə təsadüf edir.
Digər tərəfdən, NATO-nun şərq cinahında yerləşən Estoniyada hərbi hazırlıq və müdafiə təlimləri də davam edir. Estoniya 2026-cı ildə "Siil/Kevadtorm", "Decisive Lancer" və "Northern Coast" kimi genişmiqyaslı təlimlər keçirir. Ölkənin müdafiə qüvvələri üçün nəzərdə tutulan sürətli reaksiya strukturu da 21 mindən 25 min nəfərə qədər artırılır.
Estoniya hökumətinin məlumatına görə, ölkədə keçirilən "ILVES 2026" böhran və müdafiə təlimi isə birbaşa hərbi təhlükənin göstəricisi deyil, uzunmüddətli hazırlıq tədbiridir.
Jalə Rövşən