Rusiya britaniyalı nazirə qarşı sanksiyalar tətbiq etdi

Rusiya britaniyalı nazirə qarşı sanksiyalar tətbiq etdi
26.09.2025 17:56 Dünya

Rusiya Böyük Britaniyanın Maliyyə Nazirliyinin kansleri Emma Reynoldsa qarşı sanksiyalar tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz rəsmi saytında məlumat yayıb.

Xarici İşlər Nazirliyi qeyd edib ki, o cümlədən siyahıya Böyük Britaniya Maliyyə Nazirliyinin Maliyyə Sanksiyalarını Tətbiq Ofisinin bir sıra nümayəndələri də daxildir.

Departament əlavə edib ki, Böyük Britaniyanın Ukraynadakı münaqişə kontekstində Rusiyanı gözdən salmaq və təcrid etmək səyləri Rusiya Federasiyası tərəfindən “qəti və sərt cavab” alacaq.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər