Rubio: "Ukraynaya silah tədarükü dayandırılmayıb"
"ABŞ Ukraynaya silah tədarükünü tamamilə dayandırmayıb, sadəcə tədarüklərlə bağlı müvəqqəti fasilə və ehtiyatların yenidən nəzərdən keçirilməsi aparılır".
TodayPress TV xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Kuala-Lumpurda keçirdiyi görüşdən sonra bildirib
Baş tutan Lavrov–Rubio danışıqları 50 dəqiqə davam edib. Onlar Ukrayna-Rusiya münaqişəsindən danışıb. Rubio ABŞ-nin Ukraynaya yardımı dayandırması ilə bağlı iddiaları təkzib edib.
Türkan İsgəndərli