Rubio Lavrova Ukraynadakı münaqişənin həllinin vacibliyini açıqladı

Rubio Lavrova Ukraynadakı münaqişənin həllinin vacibliyini açıqladı
24.09.2025 23:55 Dünya

Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşən ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin uzunmüddətli əsaslarla həlli üçün mühüm addımların atılmasının vacibliyini vurğulayıb.

TodayPress TV-nin məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqottunun açıqlamasında bildirilib.

Lavrov və Rubio arasında Nyu-Yorkda keçirilən görüş mətbuata heç bir açılış sözü olmadan başlayıb və bağlı qapılar arxasında keçirilib.

Görüşün 50 dəqiqədən çox davam etdiyi bildirilir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər