"Raqasa" supertayfununda xəsarət alanların sayı artdı

"Raqasa" supertayfununda xəsarət alanların sayı artdı
25.09.2025 01:21 Dünya

Çin Xalq Respublikasının Honqkonq xüsusi inzibati bölgəsində (XİB) "Raqasa" tayfunu ilə bağlı hadisələrdə xəsarət alanların sayı 101-ə çatıb.

TodayPress TV “TASS”a istinadən xəbər verir ki, bu barədə XİB hökuməti məlumat yayıb.

"Bu gün tayfun zamanı 59 kişi və 42 qadın xəsarət alıb. O cümlədən onlara dövlət xəstəxanalarının təcili yardım şöbələrində tibbi yardım göstərilib", - məlumatda deyilir.

Daha əvvəl 62 nəfərin yaralandığı bildirilirdi.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər