Radikal məscidlər bağlanacaq, "Müsəlman Qardaşlığı" terrorçu elan ediləcək! - Bardella - VİDEO

Radikal məscidlər bağlanacaq, "Müsəlman Qardaşlığı" terrorçu elan ediləcək! - Bardella - VİDEO
11.11.2026 11:14 Dünya

Fransanın ifrat sağçı lideri Jordan Bardella Avropa İttifaqından “Müsəlman Qardaşlığı” təşkilatının terror təşkilatları siyahısına daxil edilməsini tələb edəcəyini bildirib.

TodayPress TV xəbər verir ki, Bardella hakimiyyətə gələcəyi təqdirdə “radikal məscidləri” bağlayacağını da bəyan edib.

Onun sözlərinə görə, Fransa hökuməti formalaşdıracağı təqdirdə bu istiqamətdə konkret addımlar atacaq.

O, həmçinin radikal dini təbliğat apardığını hesab etdiyi məscidlərin bağlanacağını və bu fəaliyyətlə əlaqəli qurumların ləğv ediləcəyini vurğulayıb.

Qeyd edək ki, Avropa Parlamenti 8 oktyabr 2026-cı ildə “Müsəlman Qardaşlığı” ilə əlaqəli qurum və şəxslərin terror təşkilatları siyahısına daxil edilməsi məsələsinin qiymətləndirilməsini nəzərdə tutan qətnamə qəbul edib. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər