Qriqoryan Avropa Komissiyasının rəsmisi ilə telefon danışığı apardı
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Koopmanla telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Bildirilib ki, tərəflər regional kommunikasiyaların açılması məsələsi, Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi və nəqliyyat yollarının genişləndirilməsi kimi məsələlər müzakirə olunub.
Aynur TAC