Qırğızıstan parlamenti vaxtından əvvəl buraxıldı

Qırğızıstan parlamenti vaxtından əvvəl buraxıldı
23.09.2025 10:17 Dünya

Qırğızıstan parlamentinin (Joqorku Keneş) xüsusi komitəsi bir qrup deputatın parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsünü təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Məlumata görə, Konstitusiya və hüquq məsələləri üzrə komitə parlamentin buraxılması üçün tələb olunan 32 deputatın imzası ilə irəli sürülən təklifi dəstəkləyib.

Parlamentin özünü buraxması məsələsinə sentyabrın 24-də keçiriləcək iclasda baxılması planlaşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər