Qətərli vasitəçilər TƏCİLİ Tehrana yollandı
Qətərli vasitəçilər İran və ABŞ arasında artan gərginliyin azaldılması məqsədilə Tehrana səfər ediblər.
TodayPress TV xəbər verir ki, CNN-in məlumatına görə, vasitəçilər tərəflər arasında dialoqu bərpa etmək və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün İran rəsmiləri ilə görüşlər keçirəcəklər.
Hələlik nə Tehran, nə də Vaşinqton bu səfərlə bağlı rəsmi açıqlama verməyib.
Kübra Musayeva