Qərb ölkələri Qəzza üçün tibbi dəhlizin açılmasını tələb edir

Qərb ölkələri Qəzza üçün tibbi dəhlizin açılmasını tələb edir
23.09.2025 16:44 Dünya

Qərb ölkələri Qəzza ilə İordan çayının qərb sahəsi arasında tibbi dəhlizin açılmasını tələb edir. Avstriya, Belçika, Kanada, Fransa, Almaniya, İtaliya, Polşa və Avropa Birliyi də daxil olmaqla bir sıra Qərb ölkələri İsraildən Qəzza xəstələrinin İordan çayının qərb sahəsindəki tibbi yardım mərkəzlərinə çıxışının təmin olunmasını tələb edib. 

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, bəyanatda tibbi dəhlizin bərpa olunması, xəstələrə maliyyə yardımı və tibbi heyət və avadanlıq təqdim olunması təklif edilib.

Kanadanın yaydığı birgə bəyanatda deyilir:

"Biz İsrailə çağırış edirik ki, işğal olunmuş ərazilərdə tibbi dəhlis bərpa edilsin və xəstələr Fələstin ərazisində təcili müalicə ala bilsinlər."

Bəyanat dərman və tibbi ləvazimatların Qəzzaya çatdırılmasında məhdudiyyətlərin aradan qaldırılmasını da nəzərdə tutur. ABŞ bəyanatı imzalamayıb.

İsraildən məsələ ilə bağlı dərhal açıqlama verilməyib. Keçmişdə isə İsrail bəzi Qəzzalıların müalicəsi üçün İordan çayının qərb sahəsinə və Şərqi Qüdsə keçidinə icazə verməyib. Bununla yanaşı, bəzi xəstələrin ərəb və Avropa ölkələrinə müalicəyə göndərilməsinə icazə verilib. Fələstin tərəfi bunun yerli xəstəxanalara daha geniş çıxışı əvəz etməyəcəyini bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qəzzanın səhiyyə sistemi ciddi təzyiq altındadır və may ayında yardım blokadasının qaldırılmasına baxmayaraq dərman və digər yardım yalnız qismən çatdırılır.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Bütün Xəbərlər