Qazaxıstanda helikopter qəzası: Ölənlər var

Qazaxıstanda helikopter qəzası: Ölənlər var
09.08.2025 15:11 Dünya

Qazaxıstanda üç ekipaj üzvü olan "Eurocopter EC145" hərbi helikopterinin qəzaya uğradığı ehtimal edilən Sorbulak su anbarında axtarışlar nəticə verib. 

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Silahlı Qüvvələrinin hərbi dalğıcları sualtı axtarış zamanı təxminən 14 metr dərinlikdə helikopterin bir hissəsini və bir nəfərin cəsədini aşkar ediblər. Hazırda şəxsiyyətin müəyyənləşdirilməsi prosesi aparılır.

Hadisə ilə bağlı araşdırma davam edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər