Qara dənizdə Türkiyə gəmisinə dron hücumu: Körpü sıradan çıxdı
Türkiyə şirkətinə məxsus "STAR II" tankeri Qara dənizdə dron hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, hadisə avqustun 25-də Bakı vaxtı ilə saat 23:18-də baş verib.
Hücum nəticəsində gəminin körpüsü ciddi zədələnib və tamamilə sıradan çıxıb. İlkin məlumatlara əsasən, ölən və yaralanan olmayıb.
Hadisə barədə araşdırma aparılır.
Türkan İsgəndərli
TodayPress TV