Qara dənizdə iki gəmi VURULDU
Qara dənizin Odessa şəhərindən şərqdə yerləşən akvatoriyasında PUA-lar üçün komplektləşdirici hissələr daşıyan quru yük gəmisi və tanker vurulub.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, bundan əlavə, Rusiya Silahlı Qüvvələri Çornomorsk limanında Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə tədarük etdiyi hərbi-texniki əmlakı daşıyan quru yük gəmisini də vurub.
Aysel Mətləb