Putindən atəşkəs iddialarına CAVAB
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşündə Ukrayna ilə üç günlük daha geniş atəşkəs barədə razılaşma olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, Putinin sözlərinə görə, Kiyevə zərbələrin dayandırılması ilə bağlı müraciət Rusiyaya rəsmi kanallar vasitəsilə daxil olub. O, bu gün gecə saat 00:00-dan etibarən Kiyevə zərbələr endirilmədiyini deyib.
Rusiya lideri həmçinin bildirib ki, Ukrayna müvəqqəti atəşkəsin başlamasından sonra Rusiya ərazisinə zərbələrin intensivliyini əhəmiyyətli dərəcədə azaldıb.
Putin Moskvanın danışıqlar prosesinin və ABŞ nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.
O, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə vermək cəhdlərini davam etdirdiyini və bu cür təmasların faydalı olduğunu bildirib.
Putin, həmçinin Uitkoff və Kuşnerin Moskvadan sonra Kiyevə gedəcəyini açıqlayıb və Rusiya tərəfinin hər iki nümayəndə ilə işləməkdən məmnun olduğunu qeyd edib.
Kübra Musayeva