Putin və Kim Çen In Çində danışıqlara başladı
Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Çində görüş keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Putin görüşdə KXDR liderini səmimiyyətlə salamlayaraq, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığı müzakirə etməkdən məmnun olduğunu bildirib.
O, Moskva-Pxenyan münasibətlərinin “xüsusi, dostluq və etibarlı” xarakter daşıdığını vurğulayıb.
Türkan İsgəndərli