Putin Sovet xalqının soyqırımı qurbanlarının anım gününü təsis etdi

Dünya

29.12.2025 10:45

Vladimir Putin 19 aprel tarixini Sovet Xalqının Soyqırımı Qurbanlarının Anım Günü elan edən qanunu imzalayıb.

TodayPress TV "Kommersant.ru" ya istinadən xəbər verir ki, bu dəyişiklik “Rusiyada Hərbi Şöhrət Günləri və Anım Günləri haqqında” qanuna əlavə edilib.

Qanun layihəsi noyabr ayında “Vahid Rusiya” fraksiyasından deputatlar İrina Yarovaya, Andrey Kartapolov və Vasili Piskarev tərəfindən təqdim olunub. Təşəbbüsün müəllifləri yeni xatirə gününün təsis edilməsini tarixin saxtalaşdırılmasının qarşısını almaq məqsədilə əsaslandırıblar. Onlar bildiriblər ki, bu addım İkinci Dünya Müharibəsinin nəticələrinin “düzəliş cəhdlərinə” və SSRİ-nin nasist-faşist vəbasını aradan qaldırmaqda həlledici roluna qarşı mübarizə üçün vacibdir.

Tarixi baxımdan 19 aprel 1943-cü ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti alman faşistlərinin, casusların və Sovet vətəndaşları arasında vətənə xəyanət edənlərin Sovet mülki əhalisinə və əsir götürülmüş Qırmızı Ordu əsgərlərinə qarşı törətdiyi cinayətlərə görə cəza tədbirləri haqqında fərman qəbul etmişdi.

Jalə Rövşən 

TodayPress TV

tag: Vladimir Putin ,Qanun ,Sovet Xalqının Soyqırımı Qurbanlarının Anım Günü ,19 aprel ,Todaypress.tv,