Putin “qiyamət günü təyyarəsi”ni İrana göndərdi

Putin “qiyamət günü təyyarəsi”ni İrana göndərdi
14.07.2026 21:25 Dünya

Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin İrana zərbələri bərpa etməsindən sonra Tehrana xüsusi təyinatlı Tu-214PU idarəetmə təyyarəsi göndərdiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, “The Times of India” nəşrinin məlumatına görə, RA-64531 qeydiyyat nişanlı təyyarə iyulun 14-də Moskvanın Vnukovo hava limanından Tehrana uçub. Təyyarə Rusiya Federasiyasının ali rəhbərliyi üçün nəzərdə tutulmuş hava komanda məntəqəsi hesab olunur və “Rusiya” Xüsusi Uçuş Dəstəsi tərəfindən idarə edilir.

Bildirilib ki, Tu-214PU qapalı strateji rabitə sistemləri, məlumat ötürmə qovşaqları və böhran şəraitində hökumət ilə hərbi strukturlar arasında koordinasiyanı təmin edən avadanlıqlarla təchiz olunub. Təyyarə yüksək təhlükə şəraitində belə fasiləsiz idarəetməni təmin etmək üçün layihələndirildiyindən qeyri-rəsmi olaraq Rusiyanın “qiyamət günü təyyarəsi” adlandırılır.

Qeyd edək ki, məlumat hələlik Rusiya rəsmiləri tərəfindən təsdiqlənməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər