Putin mülki obyektləri "vur əmri" verdi - İDDİA

Putin mülki obyektləri "vur əmri" verdi - İDDİA
17.07.2026 14:42 Dünya

Rusiya Prezidenti Vladimir Putin orduya yanacaqdoldurma məntəqələri, yük və sərnişin daşımaları, eləcə də mülki nəqliyyat vasitələrinə qarşı pilotsuz uçuş aparatları ilə hücumları artırmaq barədə göstəriş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.

Bildirilib ki, məqsəd sərhəd və cəbhə bölgələrindəki mülki infrastrukturun fəaliyyətini maksimum dərəcədə iflic etmək və həmin əraziləri mümkün qədər viran vəziyyətə salmaqdır.

Qeyd edilir ki, Rusiya qoşunlarına mülki infrastruktura qarşı zərbələri də intensivləşdirmək əmri verilib.

İddialarla bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib.

Eyni zamanda, sosial şəbəkələrdə və bəzi mənbələrdə Avropa siyasətçilərinin yay tətilinə çıxdığı və  "Rusiyanın davranışını daha sonra sərt şəkildə qınayacaqları" barədə istehzalı şərhlər yayılıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər