Putin haqda elə xəbər yayıldı ki... - Ukraynadan qoşunlarını çəkir?

Putin  haqda elə xəbər yayıldı ki... -  Ukraynadan qoşunlarını çəkir?
15.07.2026 15:07 Dünya

Rusiya Prezidenti Vladimir Putinin Ukraynadan Rusiya qoşunlarının tam çıxarılmasına ilkin razılıq verdiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, insayderlərin məlumatına  görə, üçüncü ölkələrin vasitəçiliyi ilə keçirilən qapalı məsləhətləşmələr zamanı Putin Rusiyanın bütün hərbi qüvvələrini Ukraynanın beynəlxalq səviyyədə tanınmış 1991-ci il sərhədlərindən kənara çıxarmağa hazır olduğunu bildirib. 

İddialara əsasən, Kremlin əsas şərti Ukraynanın neytral statusunun hüquqi cəhətdən təmin edilməsi, NATO-ya üzvlükdən imtina etməsi və ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə məhdudiyyət qoyulmasıdır.

Bildirilir ki, danışıqlar son günlər Türkiyə, Çin və ABŞ-nin iştirakı ilə aparılıb.

Məlumata əsasən, Ukrayna tərəfi təklifləri qəbul edib araşdırır və hazırda Kiyevdə, eləcə də beynəlxalq tərəfdaşları ilə təcili məsləhətləşmələr aparır.

Qeyd edək ki,  Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Prezident Volodimir Zelenski ilə görüşmək və Avropa İttifaqı ilə Ukrayna arasında müdafiə əməkdaşlığını dərinləşdirmək, xüsusilə dron istehsalına diqqət yetirmək üçün Kiyevə rəsmi səfər edib. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər