Prezidenti maliyyələşdirən investor hökumətin başına keçir: Sandu baş nazir postunu ona verir

Prezidenti maliyyələşdirən investor hökumətin başına keçir: Sandu baş nazir postunu ona verir
11.07.2026 13:58 Dünya

Moldova Prezidenti Maya Sandu iş adamı Vasili Tofanı baş nazir vəzifəsinə namizəd göstərib.

TodayPress TV xəbər verir ki, Sandu bu barədə parlamentin sədri və Hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) sədri İqor Qrosu, eləcə də Vasili Tofanla keçirdiyi birgə brifinqdə açıqlama verib.

"Vasili Tofanı Moldova Respublikasının baş naziri vəzifəsinə namizəd kimi irəli sürmək qərarına gəldim", – deyə Sandu bildirib.

İqor Qrosu isə Tofanın qarşısında duran əsas vəzifənin Moldovanın Avropa İttifaqına inteqrasiyası prosesini davam etdirmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, PAS fraksiyası namizədə tam dəstək verəcək.

Vasili Tofan Moldovada tanınmış sahibkar və investordur. O, 2020-ci il prezident seçkilərində Maya Sanduya və PAS-a maliyyə dəstəyi göstərib.

Qeyd edək ki, Moldova baş naziri postu iyulun 3-də Aleksandr Muntyanunun istefasından sonra boşalıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər