Prezident Sarayına hücum: Şiddətli toqquşma... - VİDEO
Səhər saatlarında Nigerin paytaxtı Niameydəki Diori Hamani Beynəlxalq Hava Limanı və Prezident Sarayı ətrafında şiddətli atəş səsləri eşidilib.
TodayPress TV Türkiyə mediasına istinadla xəbər verir ki, Prezident Sarayına daxil olmağa çalışan silahlı qruplaşmanın zərərsizləşdirildiyi bildirilib.
Eyni zamanda sözügedən hava limanında yerləşən 101-ci hərbi bazaya da hücum edilib.
Məlumata görə, təhlükəsizlik qüvvələri əraziyə nəzarəti bərpa edib və əməliyyat başladılıb. Əməliyyatlar çərçivəsində bir qrup silahlı şəxsin məhv edildiyi, bəzilərinin isə qaçdığı vurğulanıb.
Qeyd edək ki, hələlik heç bir silahlı qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Həmçinin Niger hökuməti də hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Xatırladaq ki, Diori Hamani aeroportu bu ilin yanvar ayında da hücuma məruz qalmışdı.