Polşadan rekord qərar: Hərbi xərclər ÜDM-in 5%-nə çatacaq

Polşadan rekord qərar: Hərbi xərclər ÜDM-in 5%-nə çatacaq
21.08.2026 14:27 Dünya

Polşa hərbi xərclərini kəskin artırmağa hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Donald Tusk bildirib.

Onun sözlərinə görə, ölkə 2027-ci ilə qədər müdafiə büdcəsini ÜDM-in 5%-i səviyyəsinə çatdıracaq.

O deyib ki, Polşanın əsas prioritetlərindən biri ölkənin təhlükəsizliyidir və bu istiqamətdə böyük maliyyə vəsaiti tələb olunur.

Baş nazir qeyd edib ki, müdafiəyə ÜDM-in 5%-nin ayrılması orta hesabla digər NATO ölkələrindən təxminən iki dəfə çoxdur.

Hazırda Polşanın 2026-cı il üçün hərbi xərclərinin ÜDM-in 4,7%-i səviyyəsində olması planlaşdırılır. Ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış daha əvvəl bu göstəricinin Polşa tarixində rekord səviyyəyə çatacağını açıqlamışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər