Polşa Belarusla sərhədi açır
Polşanın daxili işlər naziri Marçin Kervinski sentyabrın 25-nə keçən gecə Belarusla "Qərb-2025" hərbi təlimləri ilə əlaqədar sentyabrın 12-dən bağlı qalan sərhəd-keçid məntəqələrində hərəkətin bərpası haqqında sərəncam imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verilib.
"Mən indicə Polşa-Belarus sərhədindəki sərhəd-keçid məntəqələrində nəqliyyatın hərəkətinin sabah gecə saat 00:00-da bərpa edilməsi haqqında sərəncam imzaladım", - paylaşımda qeyd edilir.