Polşa Avropanın ən böyük ordusunu qurmağa başladı - Rus raketləri Varşavaya çatır? - VİDEO

Polşa Avropanın ən böyük ordusunu qurmağa başladı  - Rus raketləri Varşavaya çatır? - VİDEO
02.09.2026 12:52 Dünya

Polşa Avropanın ən böyük quru ordusunu yaratmağa hazırlaşır. 

TodayPress TV bu barədə xarici insayderlərə istinadən xəbər verir. 

Məlumata görə, Varşava Rusiyanı ölkənin şərq cinahı üçün ekzistensial təhlükə hesab edir. Ukrayna müharibəsi isə real döyüş şəraitində sursat və pilotsuz uçuş aparatlarının nə qədər sürətlə tükəndiyini göstərib.

Bu səbəbdən Polşa silah-sursat təchizat zəncirini qısaltmağa, Asiya və ABŞ-dən asılılığı azaltmağa və əsas hərbi məhsulların istehsalını ölkə daxilində, eləcə də Mərkəzi Avropada genişləndirməyə çalışır.

Polşa hələ də “Patriot” hava hücumundan müdafiə sistemləri, “Abrams” tankları və “F-35” qırıcılarını xaricdən alır. Lakin Varşavanın daxildə istehsal etmək istədiyi əsas məhsullar müharibə zamanı sürətlə tükənən 155 millimetrlik artilleriya mərmiləri, dronlar və döyüş maşınları üçün ehtiyat hissələridir.

Polşanın yanaşmasının əsas prinsipi isə belə ifadə olunur: “Sülh istəyirsənsə, müharibəyə hazırlaş". 

Jalə Rövşən 

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər