Polis “Məni həbs et, ata” deyən reperin arzusunu yerinə yetirdi

Dünya

14.11.2025 20:03

Amerikalı reperin istəyi reallığa çevrildi.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Amerikalı reper və bloger Adam Kelli (Adamn Killa) sosial mediada məşhur olan arzusu — “Məni həbs et, ata” çağırışından sonra polis tərəfindən saxlanılıb.

Kelli TikTok-da polislərə yaxınlaşıb rəqs edərək “Məni həbs et, ata” deməsi ilə tanınır və 1,2 milyon izləyicisi var. Jurnalistlərin fikrincə, polis əməkdaşlarının onun davamlı sataşmalarından bezməsi saxlanılmaya səbəb olub.

Reper təxminən 20 dəqiqə polis maşınında saxlanılıb və heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb. O, qandallı fotosunu paylaşaraq “Mən istədim, onlar etdi” deyə yazıb və bu mövzuda yeni videolar çəkəcəyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl reper P. Diddinin komandası insan alveri və cinsi təcavüz ittihamları fonunda əfv üçün Tramp administrasiyası ilə əlaqə saxlamışdı. ABŞ-da reper Lil Nas X də əvvəlcə alt paltarında gəzdiyi, sonra isə polis əməkdaşlarına müqavimət göstərdiyi üçün saxlanılmışdı.

Jalə Rövşən

TodayPress TV


tag: Reper ,Polis,Adam Kelli ,Həbs ,Todaypress.tv,