Piratlar gəmiyə əl qoydu, Türkiyə və Somali qüvvələri müdaxilə etdi

Piratlar gəmiyə əl qoydu, Türkiyə və Somali qüvvələri müdaxilə etdi
29.08.2026 23:48 Dünya

Türkiyənin Hərbi Dəniz Qüvvələri Somali silahlı qüvvələri ilə birlikdə Somali sularında saxlanılan qaçırılmış gəmini azad edib və bir neçə gün davam edən döyüşdən sonra 14 piratı öldürüb.

TodayPress TV xəbər verir ki, bu barədə Somali hökuməti bəyanat yayıb.

“On gün davam edən əməliyyat zamanı piratlar tərəfindən istifadə edilən dörd qayıq məhv edilib və 14 pirat öldürülüb. Davamlı hərbi təzyiq nəhayət, qalan piratları gəmini tərk etməyə məcbur edib. Qüvvələr daha sonra "MV LATUF" gəmisinin təhlükəsizliyini təmin edib və gəmi hazırda yoluna təhlükəsiz şəkildə davam edir”, - deyə qeyd olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər