Diplomatiya üçün "Bütün Bombaların Anası"nı çağırırlar, bu rüsvayçılıqdır! - Pezeşkian

Diplomatiya üçün "Bütün Bombaların Anası"nı çağırırlar, bu rüsvayçılıqdır! - Pezeşkian
11.11.2026 12:35 Dünya

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını və Tehrana ünvanlanan təhdidləri tənqid edib.

TodayPress TV xəbər verir ki, Pezeşkian bu barədə “X” hesabındakı paylaşımda yazıb.

O bildirib ki, ABŞ İrana qarşı müharibəyə Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq bəhanəsi ilə başlayıb. Lakin sonradan ilk dəfə Lamerd bölgəsində PrSM raketindən istifadə edib. Pezeşkian Vaşinqtonun hazırda isə hərbi təhdidlərlə diplomatiya aparmağa çalışdığını vurğulayıb.

“Onlar İranın nüvə silahı əldə etməsinin qarşısını alacaqlarını iddia edərək müharibə apardılar. Daha sonra ilk dəfə Lamerd bölgəsində PrSM raketindən istifadə etdilər. İndi isə təhdidlər vasitəsilə diplomatiya aparmaq üçün "Bütün Bombaların Anası"nı çağırırlar. Bu, ziddiyyət deyil, rüsvayçılıqdır. Qlobal sülhü və təhlükəsizliyi kim təhdid edir?” - deyə Pezeşkian yazıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər