Peyk görüntüləri Rusiyanın Krımdakı yeni planını belə ifşa etdi - FOTO
İşğal altındakı Krımda pilotsuz katerlərin buraxılması üçün ilk xüsusi dəniz dron bazasının tikildiyi ehtimal olunur.
TodayPress TV xəbər verir ki, OSINT analitiklərinin yaydığı məlumata görə, Donuzlav gölünün sahil ərazisinin peyk görüntülərində dəniz dronlarının saxlanılması, hazırlanması və suya buraxılması üçün nəzərdə tutulan 21 kamuflyaj edilmiş sığınacaq aşkarlanıb.
Məlumata əsasən, tikinti işlərinə hələ fevral ayında başlanılıb. Bu səbəbdən bazanın artıq istifadəyə verilmiş ola biləcəyi ehtimal edilir.
İddialara görə, Rusiya bu obyektdən Qara dənizdəki gəmilərə, Ukraynanın limanlarına və sahilyanı şəhərlərə, o cümlədən Odessa və Nikolayevə qarşı dəniz dronlarından istifadə edə bilər.
Qeyd edək ki, məlumat OSINT analitiklərinin peyk görüntülərinin təhlilinə əsaslanan iddialarına söykənir.
Kübra Musayeva