Pentaqon baza torpaqlarını icarəyə verə bilər
ABŞ Müdafiə Nazirliyi Pentaqon Kaliforniyadakı Kemp-Pendleton hərbi bazasının bir hissəsini kommersiya istifadəsi üçün icarəyə verməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, "NBC"nin məlumatına görə, bu addım yeni “Qızıl Günbəz” raketdən müdafiə sisteminin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
İcarəyə veriləcək ərazilər əsasən dəniz piyadalarının nadir hallarda istifadə etdiyi sahələr olacaq.
Qiymət Mahir