Pensiya yaşı 70-ə qaldırıla bilər - Bu ölkədə
Finlandiyada pensiya yaşı 70-ə qaldırıla bilər.
TodayPress TV xəbər verir ki, Finlandiyanın Maliyyə Nazirliyi minimum pensiya yaşının mərhələli şəkildə artırılaraq 70 yaşa çatdırılmasını təklif edib.
“Yle”nin məlumatına görə, hər növbəti nəsil üçün pensiya yaşının 6 ay artırılması ölkədə çalışanların sayını 50–120 min nəfər artıra bilər.
Təklifin məqsədi əmək bazarında işçi qüvvəsinin sayını artırmaq və pensiya sisteminin maliyyə yükünü azaltmaqdır.
Kübra Musayeva