“Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışırlar” - AKP
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Türkiyə ilə Azərbaycan arasında münasibətlərə müdaxilə etməyə çalışan ölkələrin olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, sözçü bu barədə açıqlamasında iki ölkə arasında mövcud münasibətlərdən danışıb.
O qeyd edib ki, Türkiyə və Azərbaycanın daxili və xarici siyasətdə fərqli yanaşmaları ola bilər. Sözçünün sözlərinə görə, tərəflər fikir ayrılığı yarandıqda məsələləri müzakirə edərək yoluna davam edirlər.
“Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında həqiqi bir qardaşlıq münasibəti mövcuddur”, – deyə o vurğulayıb.
AK Parti sözçüsü Türkiyə və Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələrin olduğunu bildirib.
“Bu ölkələrin niyyətlərinə çatmağına icazə verməyəcəyik. Bundan başqa, Türkiyənin daxilində bəzi qrupların və sosial şəbəkə istifadəçilərinin Azərbaycanı səhvən hədəfə aldığını görürük”, – deyə sözçü əlavə edib.
Kübra Musayeva