Pekin ABŞ və İsrailə qarşı İranı silahlandırır - İDDİA
İran yaxın həftələrdə Çindən 400-ə qədər çiyinlə atılan hava hücumundan müdafiə raket sistemi (MANPADS) alacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata əsasən, 60-70 milyon dollar dəyərində qiymətləndirilən müqavilə 300-400 ədəd Çin istehsalı olan QW-12 və FN-16 raket sistemini əhatə edir.
Bildirilir ki, satınalma İranın ABŞ və İsraillə müharibədən sonra zəifləyən yaxın mənzilli hava hücumundan müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Reuters-in istinad etdiyi mənbələrə görə, müqavilə Honkonqda yerləşən "Zhongqing Baoshang International Investment" şirkəti vasitəsilə həyata keçirilir.
Bununla belə, Çin Xarici İşlər Nazirliyi xəbərləri təkzib edərək onları "tamamilə əsassız" adlandırıb və Pekinin münaqişələrin sülh yolu ilə həllini dəstəklədiyini bəyan edib.
Jalə Rövşən