Paşinyandan Medvedevə SƏRT CAVAB - "Yeni Rusiya" olmayacaq

Paşinyandan Medvedevə SƏRT CAVAB - "Yeni Rusiya" olmayacaq
08.10.2026 12:02 Dünya

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanın “yeni Ukraynaya” çevriləyi ilə bağlı çıxışından sonra Ermənistanın baş naziri Nikol Paşinyan  bu fikrə sərt şəkildə cavab verib.

TodayPress TV xəbər verir ki, Medvedev  İran İslam Respublikasının Dövlət Televiziyasına müsahibəsində Ermənistan rəhbərliyinin ölkənin inkişaf istiqamətini dəyişdiyini bildirib.

Onun sözlərinə görə, bu siyasət Ermənistan üçün müsbət nəticələrə gətirib çıxarmayacaq.

“Ən dəhşətlisi odur ki, Ermənistan yeni Ukraynaya çevrilə bilər”, - deyə Medvedev bildirib.

Paşinyan isə Medvedevin bu fikrini qəbul etməyərək Ermənistanın başqa dövlətə çevrilməyəcəyini vurğulayıb. O, Rusiyanın özündə baş verən hadisələri nümunə göstərərək belə müqayisələrin düzgün olmadığını deyib.

“Mən də çıxıb deyə bilərəm ki, biz Ermənistanın yeni Rusiyaya çevrilməsini istəmirik. Məsələn, Rusiyanın müxtəlif yerlərində partlayışlar baş verir, nə baş verdiyi bilinmir. Bu, yaxşı yanaşma deyil”, - deyə Paşinyan deyib.

Baş nazir əlavə edib ki, ölkəsi “heç nəyə çevrilməyəcək” və əksinə, getdikcə daha çox suveren dövlət kimi möhkəmlənəcək.

Jalə Rövşən 

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər