Paşinyan Ermənistanın Aİ və Aİİ ilə bağlı planlarını açıqladı

Dünya

11.12.2025 10:48

Ermənistanın məqsədi Avrasiya İqtisadi İttifaqından çıxmaq deyil, Avropa İttifaqına üzv olmaqdır.

TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyada keçirdiyi mətbuat konfransında ölkəsinin Aİ və Aİİ ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Paşinyanın sözlərinə görə, eyni vaxtda həm Aİİ, həm də Aİ-yə üzv olmaq mümkün deyil. Buna baxmayaraq, o hesab edir ki, Ermənistan hazırda Avropa ilə münasibətləri dərinləşdirə, eyni zamanda Moskva ilə də dialoqu davam etdirə bilər. 

Qeyd edək ki, Almaniya kansleri Fridrix Merts Paşinyanla görüşündə Ermənistanın Avropaya inteqrasiyasını dəstəklədiyini bildirib və bunun “tarixi fürsət” olduğunu vurğulayıb. O, xüsusilə Bakı–İrəvan sülh prosesinin irəliləməsinin Aİ-yə yaxınlaşma yolunu açdığını qeyd edib.

Xatırladaq ki, Paşinyan Almaniyadan sonra Moskvaya gedəcək və dekabrın 11-də keçiriləcək Aİİ Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

Jalə Rövşən 

TodayPress TV 

tag: Nikol Paşinyan ,Ermənistan ,Ai,Aİİ,Todaypress.tv,