Parisdə qatar stansiyasında atışma oldu
Parisdəki Monparnas qatar stansiyasında atışma baş verib.
TodayPress TV xəbər verir ki, polis sərnişinləri bıçaqla hədələyən və əmrlərə tabe olmaqdan imtina edən bir kişiyə atəş açıb.
Şəhərin ən böyük dəmiryol stansiya tamamilə boşaldılıb və mühasirəyə alınıb. Cinayətkar saxlanılıb, lakin onun atışmadan sonrakı vəziyyəti məlum deyil.