Pakistanda qatara hücum edildi: Yaralılar var
Pakistanın Bəlucistan əyalətinin Mastunq bölgəsində sərnişin qatarına bombalı hücum olunub.
TodayPress TV xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Rəsmilərin verdiyi məlumata əsasən, Mastunq bölgəsində relslərə yerləşdirilən partlayıcının partlaması nəticəsində qatarın 6 vaqonu relsdən çıxıb. Bu vaqonlardan biri aşıb və həmin vaqonda olan 12 sərnişin yaralanıb.
Hadisədən dərhal sonra əraziyə təhlükəsizlik qüvvələri göndərilib, yaralılar isə yaxınlıqdakı xəstəxanalara aparılıb.
Aysel Mətləb