Pakistanda məktəbliləri daşıyan avtobus yandı

Pakistanda məktəbliləri daşıyan avtobus yandı
29.09.2026 10:45 Dünya

Pakistanın Murri şəhərində məktəbliləri daşıyan mikroavtobus yoldan çıxaraq yanıb, hadisə nəticəsində ən azı 11 uşaq xəsarət alıb.

TodayPress TV "DAWN"a istinadən xəbər verir ki, hadisə "Bara Hotar Link Road" yolunun yaxınlığında baş verib.

Hadisə yerinə xilasetmə qrupları göndərilib. Əksəriyyəti məktəbli olan sərnişinlər avtomobildən təhlükəsiz şəkildə təxliyə ediliblər. Onlar yüngül xəsarətlər alıblar, lakin alov avtomobili tamamilə bürüyüb.

4-14 yaş arası 11 sərnişindən doqquzu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralılara zəruri tibbi yardım göstərilib.

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər