Pakistan 2026-cı ildə BRICS-ə qoşula bilər
Pakistan 2026-cı ildə keçiriləcək BRICS sammitində təşkilata tamhüquqlu üzv kimi qoşula bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Business Recorder" məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Pakistanın BRICS-ə daxil olması ölkəyə iqtisadi əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar yaradacaq.
Qeyd edək ki, Pakistan 2023-cü ildə təşkilata üzv olmaq üçün rəsmi müraciət edib.
Hazırda BRICS birliyinə doqquz ölkə - Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Efiopiya daxildir. Təşkilat 2006-cı ildə yaradılıb.
Türkan İsgəndərli