Orqan transplantasiyasına alternativ üsul hazırlandı
Böyük Britaniyada alimlər qaraciyər xəstəliklərinin müalicəsində orqan transplantasiyasına alternativ ola biləcək yeni üsul hazırlayıblar.
TodayPress TV xəbər verir ki, Birmingem Universitetinin tədqiqatçıları hüceyrələrin qaraciyər toxumasına daha yaxşı yapışması üçün onları təbii şəkərlərlə örtməyi təklif ediblər. Bu örtük hüceyrələrin sağ qalmasını və funksiyalarını artırır.
Yeni texnologiya qaraciyər hüceyrələrinin bərpa gücünü artırır və gələcəkdə transplantasiyaya olan ehtiyacı azalda bilər.
Qiymət Mahir