Omandan Hörmüz boğazı ilə bağlı YENİ TƏKLİF

Omandan Hörmüz boğazı ilə bağlı YENİ TƏKLİF
12.07.2026 00:30 Dünya

Oman Hörmüz boğazında gəmiçiliyin iki ayrı marşrut üzrə təşkil edilməsini təklif edib.

TodayPress TV xəbər verir ki, CNN-in məlumatına görə, təklifə əsasən, cənub marşrutu Omanın ərazi sularından keçəcək və burada gəmilər sərbəst hərəkət edə biləcəklər.

Şimal marşrutu isə İranın ərazi sularından keçəcək. Bu istiqamətdə hərəkət üçün əvvəlcədən İranın razılığı tələb olunacaq, lakin tranzit rüsumu tətbiq edilməyəcək.

Məlumata görə, layihə hələ müzakirə mərhələsindədir və İranla Oman rəsmiləri bu təşəbbüsü Məsqətdə keçirilən görüşdə müzakirə ediblər.

Kübra Musayeva

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər