Norveç ABŞ-dən 2,3 milyard dollarlıq silah alır
ABŞ Dövlət Departamenti Norveçə "UH-60M Black Hawk" çoxməqsədli helikopterlərinin, eləcə də ümumi məbləği 2,3 milyard dollar olan əlaqədar avadanlıq və sistemlərin potensial satışını təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin xarici siyasət idarəsinin saytındakı bəyanatda deyilir.
"Müqavilənin ümumi dəyəri 2,3 milyard dollar olaraq qiymətləndirilir", - deyə dərc edilmiş sənəddə bildirilib.
Norveç tərəfi daha əvvəl Vaşinqtona 21 ədəd "UH-60M Black Hawk" helikopterinin, onlara aid güc qurğularının və silahların, həmçinin naviqasiya avadanlıqları, rabitə vasitələri və müdafiə kompleksləri daxil olmaqla, geniş sistemlər siyahısının alınması üçün sorğu göndərmişdi.