Nevadada meşə yanğını nəzarətdən çıxdı - VİDEO

Nevadada meşə yanğını nəzarətdən çıxdı - VİDEO
23.08.2026 10:00 Dünya

ABŞ-nin Nevada ştatının şimalında tüğyan edən meşə yanğınının sahəsi bir gün ərzində 3,2 min hektara çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Bildirilib ki, “Hawk” adlandırılan yanğın Reno şəhəri yaxınlığında başlayıb. Alov təxminən 1 000 ev üçün təhlükə yaradıb və bununla əlaqədar bəzi ərazilərin sakinlərinin təxliyəsi elan edilib.

Məlumata görə, güclü külək yanğının söndürülməsini çətinləşdirir.

“Külək səbəbindən alov yaşayış məhəllələrimizə doğru çox sürətlə hərəkət edir və bu, yanğınsöndürənlərimiz üçün çoxlu çətinliklər yaradır”, - deyə telekanal yerli yanğınsöndürmə xidmətindən sitat gətirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər